İbrahim Tatlısəs hirsləndi: "Hamı ağzını yumsun!"
1 Noyabr 2012 19:27 MədəniyyətTürkiyənin ən məşhur müğənnilərindən biri İbrahim Tatlısəs hamilə arvadı Ayşegül Yıldız ilə aralarındakı münasibətlərin soyuduğunu etiraf edib. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, "İmperator" ləqəbli sənətçi bu xəbərlə bağlı şərhlərə və açıqlamalara hədsiz sinirlənib. O, Twitter-dəki akkauntunda yazıb: "Bu işə kimsə sevinməsin. Bəli, evi tərk etdim, amma jurnalistlərin yazdığı kimi "Ayşegül adlı adamı tanımıram" demədim. Belə sayğısızlıq olmaz, çünki o, mənim arvadımdır. Lap evi tərk etdim. Axı burada nə var?! Jurnalist və sayt sahibi - dəxli yoxdur - arvadımı kimsənin incitməsini istəmirəm. Hamı ağzını yumsun, sussun. Mənim ailəm, nikahım ağızda çeynənəcək saqqız deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31