“Gərək belə etməyəydi” – Şou-biznesin yeni qalmaqalı
1 Noyabr 2012 13:37 Mədəniyyət"Düz bir saat gözlədim. Gördüm heç kimi yoxdur, acıqla çıxdım getdim".Bu sözləri "Qafqazinfo"ya açıqlamasında həmkarı Roza Zərgərlinin ilk rejissorlu işinin təqdimatı mərasimindən acıq edən müğənni Kərim deyib. O bildirib ki, vaxtında gəldiyi tədbirdə heç kimi tapa bilməyib: "Məni saat 3 -ə qalmış təqdimata dəvət etmişdilər. Mən də düz vaxtında gəldim. Amma nə Roza orda idi, nə də təqdimat var idi. Düz bir saat gözlədim. Gördüm heç kimi yoxdur, çıxdım getdim. Əslində səbəbkar olan Roza bizdən qabaq orda olmalı və qonaqları qarşılamalıydı. Mən bunu özümə qarşı hörmətsizlik kimi gördüm və oranı bu səbəbdən tərk etdim".
Kərim buna baxmayaraq Roza ilə arasında olan dostluq münasibətlərinin hələ dədavam etdiyinin söyləyib: "Roza mənim canımdır dostumdur. Dostluğumuz davam edir, amma gərək belə etməyəydi".