Natavan Həbibinin toyu çadırda olacaq
Müğənni ən xoş gününü necə keçirəcəyi haqqında danışıb.
1 Noyabr 2012 12:02 MədəniyyətLider TV-də yayımlanan "Pərdə" verilişinin "5 Etiraf" rubrikasında populyar estrada müğənnisi Natavan Həbibi şəxi həyatı barəsində maraqlı açıqlamalar edib.Natavan ailə qurub, toy edəcəyi təqdirdə bu xoş günü restoranda etməyəcəyini dedi: "19 yaşımdan səhnədəyəm və bütün restoran səhnələrində çıxışlarım olub. Toylarımızla bağlı nəsə iradım yoxdur.Öz arzumu etiraf edim. Həmişə istəmişəm ki, toyum çadırda olsun. Bu sıradan bir çadır olmayacaq. Öncədən bütün detalları açıqlamayım.Əsası odur ki, heç bir restorana xeyir vermək istəmirəm (gülür). İçi mən qarışıq, cəmi subaylara toy qismət olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31