Madonnanın növbəti Türkiyə səfəri başlayır
İstanbulda məşhur müğənninin mum fiquru nümayiş olunacaq
1 Noyabr 2012 09:35 MədəniyyətTürkiyə dünyanın məşhur müğənnisi, amerikalı səs sənətçisi Madonnanı yenidən qonaq etməyə hazırlaşır. Türkiyə mətbuatının yaydığı məlumata görə, məşhur müğənninin mum fiquru İstanbulda nümayiş etdirilicək. Fiqurun nümayişi İstanbul "Sapphire Çarşı"dakı mum fiqur muzeyində 6 noyabrdan etibarən başlayacaq. Fiqurun açılışını isə Türk-Amerika biznesmenləri dərnəyinin prezidenti Ekim Alptekin həyata keçirəcək. Açılış mərasimində Türkiyə şou-biznes dünyasının bir çox nümayəndəsinin iştirak edəcəyi gözlənilir.Xatırladaq ki, Madonna bu ilin iyun ayında Türkiyədə şəxsən qonaq olub və konsert proqramları ilə çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31