Anar gənc yazıçılarla arasındakı problemə aydınlıq gətirdi VIDEO
“Məşədi İbad yaşında bəzi cavanlar Yazıçılar Birliyindən narazıdılarsa, bu, onların öz işidir”
31 Oktyabr 2012 17:10 MədəniyyətAzərbaycan Yazıçılar Birliyinin sədri Anar mətbuat konfransı keçirib. O, Azərbaycan Yazıçılar Birliyinin qurultayının bu ilin sonu, gələn ilin ilk aylarında keçiriləcəyini açıqlayıb. Anar qurultayda birlik sədrliyinə öz namizədliyini verib-verməyəcəyinə dair qərarı qurultay ərəfəsində bildirəcəyini deyib. Anar gənc yazarlarla arasındakı problemə aydınlıq gətirib: "Mənim cavan yazıçılarla heç bir konfliktim yoxdur. Yazıçılar Birliyində "Cavanlar şurası" var. "Ulduz" jurnalı bütünlüklə cavanların ixtiyarına verilib. Redaktoru Elçin Hüseynbəylidir. Yazıçılar Birliyinin cavanlar üzrə katibi Rəşad Məciddir. Cavanlara mükafatlar verilir, kitabları çap edilir. İndi Məşədi İbad yaşında bəzi cavanlar Yazıçılar Birliyindən narazıdılarsa, bu, onların öz işidir"