Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
31 Oktyabr 2012 15:51 Mədəniyyət"İRƏLİ" İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Caz Mərkəzində Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd dahi sənətkarın xatirəsini yad etməklə yanaşı, Şövkət Ələkbərova yaradıcılığını bir daha gənc nəslə çatdırmaqdır. Belə ki, bu cür sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Gecədə müğənnilər sənətkarın mahnılarını yeni versiyada ifa ediblər. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31