"Muhteşem yüzyıl": Hürrəm Sultan onu dara çəkəcək?
31 Oktyabr 2012 19:03 MədəniyyətTürkiyənin ən populyar seriallarından olan "Muhteşem yüzyıl"da yeni personajlardan biri, iranlı Firuzəni tamaşaçıların əksəriyyəti bəyənməyib. Serialın məllifləri də bunu artıq anlayırlar.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, serialın prodüseri Timur Savcı ötən həftələrdə qatıldığı toplantılardan birində "Firuzə möhtəşəm gəldi, amma İzmir marşı ilə gedəcək" deyərək, Firuzə rolunda oynayan aktrisa Cansu Derenin serialdan kənarlaşdırıla biləcəyinə işarə vurmuşdu.
Serialın bu axşam nümayiş olunacaq seriyasında Firuzənin "taleyi"nə aydınlıq gələcək. Sultan hərəmində Hürrəm Sultan ilə Firuzə arasındakı gərginlik son həddə çatıb. Qanuni Sultan Süleyman şahzadələrlə birlikdə ov qəsrinə yollanarkən Firuzəni də yanında aparmaq istəyəcək.
Ova sultanın onu aparacağını düşənən Hürrəm Sultan xəbəri eşidəndə çox sinirlənir, pərişan olur.
O, ova hazırlığı kimsənin gözləmədiyi şəkildə pozur. Hürrəm Sultan iranlı Firuzəni öldürmək üçün qadını dara çəkir...