Sevda Yahyayeva tanınmaz hala düşdü -

O, nə üçün bu addımı atıb?

Müğənni Sevda Yahyeyevanın Ukraynaya klip çəkilişinə getdiyi barədə xəbər vermişdik. İfaçı artıq Bakıdadır. Qısa zaman ərzində hitə çevrilən "Sən" mahnısına çəkilən klip hazırlıq prosesindədir.
Müğənninin yeni prodüseri Turanə Cəfərovanın SİA-ya verdiyi məlumata görə, səfər zaman kliplə yanaşı, yeni və olduqca fərqli fotosessiya da çəkilib:
"Bütün işçi heyəti ukraynalı idi. Sevda xanımla bağlı olan ən xırda detalları belə ukraynalı peşəkarlar işləyiblər. Klip yaxın zamanda tamaşaçılarımıza təqdim olunacaq. Hələlik isə çəkdirdiyimiz şəkillərin bir qismini Sevda Yahyayevanı sevənlərə təqdim edirik".
Səfəri ilə bağlı Sevda özü də açıqlama edib: "Bəli, mən qeyd etmişdim ki, imicim üzərində xarici peşəkarlar çalışacaqlar. Amma istədim, Anar da yanımda olsun. Onun bəzi məsləhətləri ilə geyimlər seçdim. Ancaq əminliklə söyləyə bilərəm ki, klipdə olan görünüşüm məhz ukraynalı heyətə məxsusdur. Vizajımı Anar etməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31