“Lənkəran Payızı-1” festivalı keçirilib

Lənkəranda "Lənkəran Payızı-1" sənətkarlıq sərgisi və folklor festivalı keçirilib. "OLAYLAR"-ın cənub bürosunun verdiyi xəbərə görə,  Lən­kə­ran şəhər Mədəniyyət  Mərkəzi  tərə­fin­dən təşkil edilən festivalda dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ təd­bi­­qi xalq sə­nəti, oyma, döymə, toxuma, biçmə, daş yonma  üzrə yerli sənətkarların əl iş­lə­­ri nümayiş etdirilib. Sənət­kar­lıq Sərgisinin və Folklor Festivalının laureatları Mədəniyyət Mərkəzində yaradılmış Təşkilat Ko­mi­təsinin qə­rarı ilə müəyyən edilib və laureatlara xüsusi diplom və mükafatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31