Namiq Qaraçuxurulu nişanlısı haqqında danışır VIDEO

Tanınmış meyxanaçı barmağını üzüyə həsrət qoydu...

Milli.Az-ın məlumatına görə, bu gün saat 22:15-də Lider TV-nin efirində yayımlanacaq "Pərdə" verilişində tamaşaçılar yenə də biri-birindən maraqlı süjetlərə baxmaq imkanı qazanacaqlar.Tanınmışların qonaq olduqları ənənəvi "Tet-a-tet" rubrikasında teleaparıcı Zaur Nəbioğlunun kəskin suallarını cavablandırmaq meyxanaçı Namiq Qaraçuxurlunun payına düşüb.Bir müddət öncə nişanlanması xəbəri ilə maqazin dünyasında səs-küy yaradan Namiq bu xoş hadisə ilə bağlı gerçəkləri tamaşaçılardan gizlətməyəcək:"Elə bir şeylər elədi ki, tamamilə gözümdən düşdü. Ona görə hələlik taxmıram", - deyən Qaraçuxurlu, şəxsi həyatında üzləşdiyi çətinliklər haqqında da məlumat verib.O, həmçinin bildirib ki, ona cadu edilib. Və əminliklə söyləyib ki, o, həmkarları üçün bəla olub.Rejissoru Aynurə Səmədova, aparıcısı Zaur Nəbioğlu, reportyoru Aytac Bayramzadə olan "Pərdə"ni mütləq izləyin ki, şou-biznes ulduzları haqqında əlavə suallarınız yaranmasın.Məlumat üçün bildirək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31