Nazir mədəniyyət və incəsənət xadimlərinə fəxri mükafatları təqdim etdi

Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkə başçısının imzaladığı sərəncamlara əsasən sənət adamlarına fəxri mükafatların təqdimat mərasimi keçirilib. "Azadinform" xəbər verir ki, mərasimi açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkə başçısının sərəncamı ilə fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərinin Azərbaycanın adını dünyanın bir çox ölkələrində yüksəklərə qaldırdıqlarını deyib: "Fəxri adlar və fərmanlarla təltif olunan bu şəxslər Azərbaycanın parlaq simalarıdır. Onlar yaradıcılıq işləri ilə daim inkişafda olan Azərbaycan mədəniyyətinin əvəzolunmaz nümayəndələri olduqlarını sübut edirlər. Hər kəs fərəh hissi keçirməlidir ki, belə insanlarla bir dövrdə yaşayıb. Məhz bu insanların sayəsində biz Azərbaycan mədəniyyəti, incəsənətinin qüdrətini bütün dünyaya göstəririk".Nazirin çıxışdan sonra fəxri adların və ordenlərin təqdimatı baş tutub. Beləliklə, Səidə Quliyeva, Yalçın Adığözəlov, Simarə İmanova, Eldar Mansurov Xalq artisti, Sürəyya Ağayeva, Sənubər Bağırova, Tahir Əkbərov, Nadir Əzimov Əməkdar incəsənət xadimi, Səlim Abbasov, Süleyman Abdullayev, Səltənət Aşurbəyova, Vaqif Əliyev, Teymur Əmrah, Səbinə Əsədova, Emil Həsənov, Sənan Hüseynli, Fərhad Hüseynov, Səbinə İlyasova, Məhəbbət Kazımov, Əziz Qarayusifli, Rövşən Quliyev, Eldar Məmmədov, Fəridə Məmmədova, Tamilla Məmmədzadə, Əli Rzayev, Lyubov Tkaçova, Aygün Zeynalova Əməkdar artist, Əli Qasımov, Vaqif Babayev, Faiq Əliyev, Kamil Sultanov Əməkdar mədəniyyət işçisi, Qəzənfər Abbasov, Fikrət Budaqov, Zeynəb İsmayılzadə, İradə Məmmədova, Mehriban Rüstəmova və Tatyana Yatsenko Əməkdar müəllim fəxri adı ilə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31