Azəri qızı Günel: "İbrahim Tatlısəslə heç vaxt sevgili olmamışıq"
Müğənni Türkiyə telekanallarından birinin qonağı olub
30 Oktyabr 2012 16:31 MədəniyyətTürkiyədə yaşayıb fəaliyyət göstərən və Azəri qızı Günel kimi tanınan müğənni Günel Zeynalova uzun fasilədən sonra yenidən proqramlardan birinin qonağı olub. ANS PRESS-in məlumatına görə, müğənni Türkiyənin "Kanaltürk" kanalının canlı yayımlanan "2sayfa" adlı proqramının qonağı olub. Müğənni proqramda çox maraqlı açıqlamalar edib.
Günel sənətçi İbrahim Tatlısəslə münasibətlərindən söz açıb. O, Tatlısəsi atası kimi sevdiyini deyib. Bundan sonra isə aparıcının "bir zamanlar haqqınızda bəzi şayiələr gəzirdi. Buna çox üzüldünmü, necə reaksiya verdin?" sualına cavab verib. "İbrahim Tatlısəslə heç vaxt sevgili olmamışıq. Elə bir şey olmayıb. O, məni Türkiyəyə gətirdiyi zaman 12 yaşım var idi. O zaman bu barədə eşidəndə çox pis oldum. İbrahim Tatlısəs məni çox istəyir. Məndə onu qardaşım-atam kimi sevirəm. Onun 5 uşağı var, mən də 6-cı kimiyəm".
Azəri qızı nişanlısınıda sənətçi ilə tanış etdiyini deyib. "Nişanlıma dedi ki, Günel mənim qızım kimidir, ona yaxşı bax".
Günel Zeynalova nişanlısı İnanc Başəyməzlə gələn il evlənməyidə düşündüklərini deyib. Onun sözlərinə görə, Azərbaycanda qohumları çox olduğu üçün toyuda burada edəcəklər.