Daha bir serialın "fatihə"si verildi

Türkiyənin Star TV telekanalının yeni rəhbərliyi "serial qırğını"nı davam etdirir.Milli.Az Milliyet-ə istinadən bildirir ki, telekanalı "Doğuş Grubu" holdinqi satın alandan sonra 10 ayda 11 serialın nümayişi dayandırılıb və bununla da Türkiyənin televiziya tarixində "qara rekord" vurulub. Bu gecə isə daha bir serialın sonu çatacaq. Göstərildiyi günlər sürəkli dəyişdirilsə də, yüksək reytinq göstəricilərinə nail ola bilməyən "Evlerden Biri" serialı bu axşam tamaşaçılarla vidalaşacaq. Tanınmış aktyor Haluk Bilginerin baş rolda oynadığı "Hayatımın Rolü" serialının nümayişi isə az sonra dayandırılacaq. "Star" telekanalında nümayişi dayandırılan seriallar "Bir Ömür Yetmez", "Kalbim Dört Mevsim", "Küçük Hesaplar", "Tek Başımıza", "Koyu Kırmızı", "Acayip Hikayeler", "Babalar ve Evlatlar", "Bir Çocuk Sevdim", "İbret'in Ailem", "Canımın İçi" və "Evlerden Biri" olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31