Bakı sirkinin yeni binasının inşası planlaşdırılır

Bakı Dövlət Sirkinin gələcək fəaliyyətinin müxtəlif variantları nəzərdən keçirilir. Bu barədə jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. "Müxtəlif variantlar var, hazırda bu məsələnin üzərində işləyirik. Yaxın gələcəkdə təkliflərimiz dövlət başçısına təqdim olunacaq" - deyə, nazir bildirib.
Onun sözlərinə görə, həm sirkin binasının əsaslı təmiri, həm də yeni yerdə yeni sirk binasının inşası nəzərdən keçirilir.
"Hazırkı bina fiziki baxımdan köhnəlin. Sirkin yaşayış binaları arasında yerləşməsi də arzuolunmazdır. Bakı inkişaf edir və buna görə də, bütün tikililər və binalar şəhərin yeni görünüşünə uyğun olmalıdır.
Buna görə də, sirkin binasının köçürülməsi məsələsi tərəfimizdən ciddi nəzərdən keçirilir" - deyə, Ə.Qarayev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31