Ajda Pekkan küçə sözləri ilə təhqir olunması ilə barışmır

"Gözləri qurbağını xatırladır, dodaqları da meymunun arxasını..."

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pop-diva Ajda Pekkan məhkəmə qapısını döyüb.
Ajdanı bu addımı atmağa vadar edən səbəb bir müddət öncə tanınmış türkiyəli plastik cərrah, professor Nazim Durakın haqqında səsləndirdiyi kəskin fikirlər olub: "Ajda Pekkan mənim üçün heç bir özəlliyi olmayan sənətçidir.
Etdirmiş olduğu əməliyyatlar eybəcərliyin təcəssümüdür. Gözləri qurbağını xatırladır, dodaqları da meymunun arxasını, üzündə də mimikası yoxdur".
Cavab vermək əvəzinə şərəf və ləyaqətinin təhqir olunmasını əsas gətirən müğənni həkimi məhkəməyə vermək qərarına gəlib.
Pekkan Durakın 500 min dollar məbləğində cərimə edilməsini istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31