"Muhteşem yüzyıl": bağışlanmağın tək yolu var, o da... - VIDEO
30 Oktyabr 2012 15:50 MədəniyyətHatice Sultanı Nigar kalfa ilə aldadan Parqalı İbrahim ondan əfv diləyir.
Hatice Sultan isə Parqalını bağışlamaq üçün bir şərt önə sürür. Bu şərt Parqalının Nigara yazdığı məktubu yandırmaq idi.
Amma Parqalı Nigara olan sevgisinə xəyanət etməyərək, məktubu yandırmağı qəbul etmir.
Bundan sonra Hatice Sultan bir dəfə də yıxılır. Mihribah Sultan Süleymana çiyin atır. Süleymanın qarşısına çıxan Mihribah: "Validem yoxsa, mən də yoxam", - deyir və gedir. Bu hərəkət Süleymanı bir xeyli kədərləndirir.
Nigar kalfa isə Rüstem Paşa ilə yaxınlaşır. Parqalı İbrahim Paşa ilə təkrar arasını düzəltmək istəyən Nigar Rüstem Paşa ilə təhlükəli bir oyuna girir.
"Muhteşem yüzyıl"da Hatice Sultan Parqalını bağışlayacaqmı? Hürrem Süleymanı Firuzeyə olan məhəbbətindən döndərə biləcəkmi?
Milli.Az xəbər verir ki, serialın 71-ci bölümü oktyabrın 31-də nümayiş etdiriləcək.