Siyavuş Aslandan xəbər var
30 Oktyabr 2012 12:21 MədəniyyətXalq artisti Siyavuş Aslan ev şəraitində müalicə olunur. Siyavuş Aslanın oğlu Eldar Aslan Milli.Az-a atasının vəziyyəti haqda danışıb:
"Siyavuş müəllim özünü çox yaxşı hiss edir, şəkərini normada saxlamaq üçün hər gün dərmanlar verilir, iynələr vurulur. Pəhriz lazımi tərzdə qurulur. Ev köməkçisi daim yanındadır. Dostları, sənət yoldaşları vaxtaşırı ziyarətinə gəlib hal-əhvalını soruşurlar. Allahın köməyi ilə hər şey qaydasındadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31