Tom Kruzun evinə oğru girib?
Aktyorun evinə girmək istəyən qonşusu tutulub
30 Oktyabr 2012 19:01 MədəniyyətHollivudun məşhur aktyorlarındna olan Tom Kruzun evinə basqına cəhd edilib. Naməlum şəxs aktyorun Beverli-Hilldəki evinə basqın edib. Xoşbəxtlikdən hadisə zamanı aktyor və ailə üzvləri evdə olmayıblar. Evin mühafizəçisi hasardan həyətə daxil omaq isətəyən naməlum şəxsi görüb və onu elektroşokla zərərsizləşdirib.
Məlum olub ki, bu aktyorun 41 yaşlı qonşusu olub.
Saxlanılan şəxs aldığı xəsarətərlə bağlı xəstəxanaya yerləşdirilib.
Polis onun sadəcə hasarları səhv salması versiyasınıda istisna etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31