Vilma Elles “Keremle xasiyyətimiz çox uyğundur. Çox xoşbəxtəm”-

- Vilma xanım, artıq bir gündür Bakıdasız. Amma biz sizi təsadüfən gördük. Əslində Formula yarışlarında müsahibələrə gəlmişdik. Siz qəfil qarşıma çıxdız. Sizi tanıdım, amma inanmadım. Axı məşhur aktrisa belə xəbərsiz gəlməz...
- (gülür, çox çətinliklə türkcə danışa bilir) aaah, çox qarib. Mən dəvətlə gəldim. Kerem bəylə birgə gəldik. Yarışları izlədik. Abşeron oteldə qalırıq. Bəzən insanlar görüb tanıyır, amma açığı mən də təəccübləndim. Türkiyədə mən harda oluramsa bir dəqiqə dinclik yoxdur, paparazzilər, kameralar. Hər kəs mənim harda olduğumla maraqlanar. Bəlkə də belə yaxşıdır. Rahatam, beləsi daha iyi.

- "Öyle bir gecer zaman ki" Azərbaycanın ən çox bəyəndiyi serialdır. Karolini əksəriyyət tanıyır.

- Bilirəm, eşitmişdim. Amma burda düşündüm ki, bəlkə heç tanımırlar, baxmırlar.

- Palto geyinmisiz, Bakı soyuqdurmu?

- Soyuğa davamım yoxdur. Bu gün küləkdir. Bakının havası da İstanbul kimi. Çox gözəl.

- Əgər televiziyalar bilsələr bu dəqiqə buranı kəsdirərlər. Amma bildiyim qədəri ilə serial dönəmində icazəsiz iri miqyaslı çəkimlər etmək, müsahibələr vermək olmaz.

- Doğrudur. Amma bura Bakıdır, qardaş ölkədə olar. Ancaq geniş reportaj, müsahibə olmaz. Bax siz müxbirsiz, sizinlə sadəcə danışıram. Elə bu da müsahibədir (gülür)

- Yanınızdakı bəy kimdir: dostmu, yoxsa özəl birimi?

(hər ikisi gülür) Kerem: Əslində biz çox yaxşı dostuq.

Vilma: - Kerem bəy iş adamı, holdinq rəhbəridir. Keremlə tanış olduğuma və burda olduğumuza çox sevinirəm. Çox əylənirik. Onunla aramızda oxşar cəhətimiz çoxdur, xarakterimiz inanılmaz uyğun gəlir. Həm də Kerem məni sözsüz anlayır. Vallah, nə deyim? Çox xoşbəxtəm.

- Başınız serial çəkiminə qarışıb, amma hərdən özəl həyatı da düşünməlisiz. Ailə, uşaq arzunuz yoxmu?

- Niyə yoxdur? Olacaq, hamısı olacaq. Mənim üçün sevilmək yox, sevmək problem olur həmişə. Türk kişilərinə hələ təzəlikcə alışıram.

- Sizinlə danışıram, sanki qarşımda Karolin dayanıb: danışıq, gülüş, hərəkətlər, baxışlar... Heç fərqlənmirsiz obrazınızdan...

- Deməli mən Vilmayam. Karolin Vilmaya bənzəyir. Mənə Karolin deyirlər. Bir az bu məni sıxır. Öz adımın səslənməsini istəyirəm. Amma bilirəm ki, serial bitəndən sonra da azı 1 il Karolin eşidəcəyəm.

- Bəs xarakteriniz necə, oxşardırmı?

- Həyəcanlı, tələsik hərəkət edən, qərar verən, səbirsiz və bir az qorxacağam onun kimi. Fərqimiz çoxdur. Mən heç vaxt həyatımı Karolin kimi risklər və təhlükələr içində qurmaram. Çığır-bağırçı da deyiləm. Səsim heç çıxmır. Yəni həyasız deyiləm.

- Bəs Karolin kimi 5 uşaq atasını ailəsindən ayırıb özünüzə tərəf çəkmək qədər qüdrətiniz varmı? Belə eşqlərə münasibətin?

- Yoox, əsla. İndiyə kimi həyatımda belə bir şey olmadı. Əgər əvvəldən xəbərim olmadan evli bir kişini sevsəm, dünyalar qədər sevsəm belə onu uşaqlarından ayırmaram. Sevgi bu, kimi sevəcəyin bəlli deyil. Həm də bir tərəfdən baxandan kişidə də günah çoxdur. Nə olursa olsun bir kişi, ata uşaqlarını, hətta dəlicəsinə olan bir eşqdən ötrü atmaz və ya acı yaşatmaz.

- Sizin üçün sevgi nədir?

- İçimdəki boşluğun dolması, içimin cənnət bağçası kimi al-əlvan olması. Orada quşların cəh-cəh vurması. Rahat yuxu. Kürəyini tutan isti bir əl.

- Son zamanlar bədii filmlərə də çəkilirsiz. Filmlərinizi uğurlu sayırsızmı?

- Türkiyə sinemasına girə bildiyim üçün şanslıyam. Rejissorlar məni görür. Ən kiçik rolum belə mənim üçün qürurvericidir. Son "Tolerans" filmində qarson qızı oynadım. Bu film 2013-də önəmli bir film festivalında çıxarılacaq. Bu işdə yeniyəm, tənqidlərə də hazıram.

- "Formula 1"i izləməklə kifayətlənməyib, yarış avtomobilində pilot yanına əyləşdiniz. Qorxmadınız?

- Sonunda mən Vilmayam. Dayanıb izləməklə iş bitməz. Həyəcanlı idi. Mən çox az halda maşın sürərəm. Sürəti də artırmıram. Yaxşı sürücü deyiləm. Bakıya gəldim, "Formula" da o maşının içində oturdum, daha nə arzum?

- Bakıdan bir layihə, serial, film təklifi olarsa qəbul edərsizmi? Və növbəti dəfə sizi nə vaxt gözləyək?

- Əgər təklif olarsa sevə-sevə, böyük həvəslə. Hansı serial, film, ya başqa bir layihə olarsa ilgimi çəkər. Bakıya 1-2 aydan sonra təkrar gələcəyəm. O zaman görüşərik və burda piar üçün gözəl bir şeylər edərik. Söz verirəm. publika.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31