Nizami Gəncəvinin daha bir neçə orijinal əlyazmaları Gəncəyə gətirilib

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının araşdırılması ilə bağlı işlər söz ustadının yubiley tədbirlərindən sonra da davam edir. Nizami Gəncəvinin daha bir neçə orijinal əlyazmaları dahi şairin doğma
şəhərinə gətirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin dünyanın müxtəlif elm müəssisələrilə imzaladığı 8 memorandum çərçivəsində Nizami Gəncəvinin daha bir neçə yeni əlyazmaları Gəncəyə gətirilib.
GREM-in direktor müavini Samir Pişnamazzadə: "Bu əlyazmalar, əsasən, Metropoliten müzeyindən gətirilir. Ümumilikdə ABŞ-la yanaşı, İngiltərə, Fransadan da nüsxələr göndərilir. Eyni zamanda, Yunanıstanın Atropil muzeyi ilə əlaqə yaradılıb. Hindistanın Kəşmir
kitabxanasında da kifayət qədər əlyazma var və onlar tədricən ölkəmizə gətirilir".
İndiyə kimi Azərbaycana orijinal əlyazmalarla yanaşı, onların bir milyon iki yüz min nüsxədə elektron variantı da gətirilib. Qeyd edək ki, xarici ölkələrdən Gəncəyə nəinki Nizami Gəncəvinin, hətta digər Azərbaycan mütəfəkkirlərinin də əsərləri göndərilir.
Samir Pişnamazzadə: "Burada təkcə "Xəmsə" əlyazmalarından söhbət getmir. Azərbaycanın başqa dahi şəxsiyyətlərinin ölkəmizin tarixinə, mədəniyyətinə dair əlyazmaları da toplanır".
Müsahibimiz bildirir ki, göndərilən əlyazmalar mərhələli olaraq toplu şəkildə nəşr olunacaq. Bu əlyazmazların üzərində alimlər geniş tədqiqat işləri aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31