Azərbaycanı "Eurovision 2013"-də 128 nəfər təmsil etmək istəyir
29 Oktyabr 2012 19:24 Mədəniyyət"Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə keçirilən milli seçim turlarında iştirak üçün 128 nəfər sənəd verib."Eurovision" mahnı müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova bazar ertəsi Trend-ə bildirib ki, bu həftə ərzində münsiflər heyəti tərəfindən dinləmələrə başlanılacaq.
Dinləmələrdə hər bir iştirakçı 2 mahnı ifa etməklə səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsində İctimai Televiziyanın canlı efirində yarışacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31