Nanə Ağamalıyeva Zaurun toy günü Azərbaycanı niyə tərk etmişdi?

Milli.Az xəbər verir ki, ATV-nin tanınmış siması Nanə Ağamalıyeva ötən həftə daha bir reklam çəkilişində iştirak etməkdən ötrü Azərbaycanı tərk etmişdi.
Artıq vətənə qayıdan teleaparıcı dünyaca məşhur brendlərdən birinin siması olacağı anonsunu Facebook sosial şəbəkəsində dostları ilə bölüşüb.
O yazıb ki, sırf reklam çəkilişləri üçün Birləşmiş Ərəb Əmirliklərinin bir neçə şəhərində kameralar qarşısına keçib.
Olduqca zəngin təəssüratlara yüklənən Nanə, hələ ki, reklam edəcəyi brendinin adını sirr saxlayır.
Teleaparıcının mobil telefonuna çəkdiyi fotolardan bir neçəsini sizə təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31