Məşhur sənətçinin nəticəsi olacaq
29 Oktyabr 2012 19:08 MədəniyyətRusiya estradasının primadonnası Alla Puqaçovanın tezliklə nəticəsi olacaq. ANS PRESS-in məlumatına görə, bu Rusiya mətbuatında hazırda ən çox müzakirə edilən xəbərdir. Belə ki, Rusiyanın populyar müğənnisi Kristina Orbakaytenin böyük oğlu Nikita Presnyakov qazaxıstanlı sevgilisi Aida Kaliyeva ilə evlənmək qərarına gəlib.
Cütlük Nyu-Yorkda tanış olub. 21 yaşlı Nikita Presnyakov və sevgilisi Amerikada birgə kinematoqrafiya dərsləri alırlar. Onlar uzun müddət münasibətlərini gizli saxlayıblar, indi isə evlənəcəklərini açıqlayıblar.
ANS PRESS-in "Dni.ru" ya istinadən verdiyi məlumata görə, Alla Puqaçova tezliklə nəticəsinin olmasını istəyir: "Tezliklə qız nəticəm olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31