Ajda Pekkan səhnədə qanını axıtdı - VIDEO

Türkiyənin ən populyar və məşhur müğənnilərindən biri Ajda Pekkan Şimali Kipr Türk Respublikasında olayla qarşılaşıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Girne şəhərindəki "The Savoy Ottaman Palace" otelində konsert verərkən Ajda Pekkan səhnədə yıxılıb. Yıxılanda dizi qanayan müğənnini orkestrin dirijoru Taşkın Sabah əlindən tutaraq qaldırıb. Pekkan ifalarını davam etdirib. Konsert bitəndə isə o, jurnalistlərə deyib: "Kefim kök olanda işlər tərs gedir. Səhnədə də kiçik qəza yaşadım. Amma önəmli deyil". Müğənni səhnədən düşəndə onun donunda qan ləkələri vardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31