Üç azərbaycanlı müğənninin şəxsi həyat sirləri aşkar oldu
29 Oktyabr 2012 13:04 Mədəniyyət"Azərkeş"ə qonaq olan "Cahan qrupu"nun üzvləri heç nəyi gizlətmədilər. Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı Azər Süleymanlının təqdimatında yayımlanan "Azərkeş" verilişinin dünənki efirinin qonağı populyar üçlük - "Cahan qrupu" - olub. Qrupun üzvləri, Arzuxan, Cahid və Dadaş, ilk dəfə şəxsi həyatları haqda danışıblar.
Söhbət zamanı məlum olub ki, sən demə, "cahançı"lar xeyli vaxtdır evlidirlər. Eşitdiklərinə inanmayan Süleymanlı keçmiş tələbə dostlarının bu sirrinə belə şərh verib:
"Həqiqətən də, bu, şok oldu. Demək, sənətçilərimiz istədikləri təqdirdə şəxsi həyatlarını gizli saxlamağı bacarırlar. Ayrı-ayrılıqda hər birinizə xoşbəxtlik arzulayıb, möhkəm ailə səadəti diləyirəm. Vallah, sizə ancaq "bravo!" deyirəm".
Saatyarımlıq verilişdə qrup üzvləri ən sevimli mahnılarını tamaşaçılar üçün səsləndirib, ənənəvi viktorinaların iştirakçıları olublar.
Məlumat üçün bildirək ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin və qonşu Dağıstan Respublikasının əhalisinin seyr etdiyi "Azərkeş" hər həftənin bazar günü saat 20:30-da canlı, videoyazı ilə çərşənbə axşamları 15:00-da yayımlanır.
"Azərkeş" Regional Televiziyanın (RTV) ən baxımlı canlı teleşousudur. Verilişi internetdən izləmək istəyənlər RTV-nin internet saytına daxil olaraq "Canlı izlə" bölümünü klikləyə bilərlər.
foto milli.az