"Heç vaxt istəmərəm Telli Borçalı kimi gəlinim olsun"

Müğənni Cəmlə "şou-biznesdə olan xanımlardan kimi evinizdə gəlin edərdiniz" sualına cavab verib."Qafqazinfo"ya açıqlama verən ifaçı bildirib ki o, Telli Borçalı kimi qadını evində gəlin görmək istəməzdi: "Şou-biznesdə evimdə kimi gəlin edərdim, bilmirəm. Amma Telli kimi qadını evimdə gəlin kimi təssəvvür belə edə bilmirəm. Heç vaxt istəmərəm Telli kimi gəlinim olsun. Mənim iki oğlum var, ikisi də çox müasirdir. Şükür Allaha ikisi də evlidir. Onu da deyim ki iki gəlinim mənimlə yan-yana dursa, seçə bilməzsininz hansımız gəlin, hansımız qaynanayıq". 
Cəmilə gəlinlərindən seçilmədiyinə görə çox sevindiyini deyib: "Bu məni çox sevindirir. Gəlinlərimin yanında qalanda heç fərqlənmirik. Mən hər zaman bunun istəmişəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31