Zaur Baxşəliyevin toyunda baş verənlər VIDEO
29 Oktyabr 2012 11:25 MədəniyyətATV telekanalında nümayiş olunan "Onun yarısı" verilişinin aparıcıları Zaur Baxşəliyevlə Günay Qələndərlinin toy şənliklərinin baş tutması barədə məlumat vermişdik.
Gün.Az xəbər verir ki, "Sərin" restoranında keçirilən toyda hər iki aparıcının doğmaları, qohumları ilə yanaşı, sənət adamları da iştirak edib.
Sevda Yahyayeva, İzzət Bağırov, Manaf Ağayev, Nazənin, Rəqsanə, Telli Borçalı, Aşıq Samirə toya qonaq qismində qatılıblar.
Xalq artisti Faiq Ağayev, Natavan Həbibi, Elnarə Xəlilova, əməkdar artistlər Aybəniz Haşımova, Bəsti Sevdiyeva qonaq olmaqla yanaşı, mahnı da ifa ediblər.
Toyda xalq artistləri Arif Babayev, Habil Əliyev, Ramiz Novruzov, Firəngiz Mütəllimova, Amaliya Pənahova, Məleykə Əsədova, aktyorlar Vəfa Rzayeva, Anar Heybətov da iştirak ediblər.
Toya dəvət alan hər kəs şadlıq sarayına onlara verilən dəvətnamələrlə daxil olub.
Toy öz sadəliyi ilə seçilib. Mərasimə 300 nəfəri dəvət edən səbəbkarlar təmtəraqdan uzaq olublar.
Z.Baxşəliyev toyunun KİV nümayəndələri tərəfindən işıqlandırılmasını istəməyib. Bununla belə, toyun qapalı keçməsinə baxmayaraq, sosial şəbəkələrdə səbəbkarların fotoları yayımlanıb.
Xatırladaq ki, cütlüyün toyunun aparıcıları ATV telekanalının əməkdaşları - "10-lar" verilişindən yaxşı tanıdığımız teleaparıcı Afaq Gəncəli və səbəbkarın "Ümid var" verilişinin prodüseri Faiq Ələkbərli olub.