Həyat ona belə gözəldir VIDEO
29 Oktyabr 2012 11:15 MədəniyyətXalq artisti cazibədarlığını nümayiş etdirir.
Milli.Az xəbər verir ki, çox yaxın günlərdə Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın hit-paradlarda yer alan "Hayat ona güzel" mahnısının klipi tamaşaçılara təqdim olunacaq. Söz və musiqi tanınmış türk müğənnisi və bəstəkarı Serdar Ortaca məxsus olan mahnı rejissor Murat Küçük tərəfindən ekranlaşdırılıb.
Çəkilişlər yayda aparılsa da, montajın xüsusi effektlərlə zənginləşdirilməsi ekran işinin indilərdə hazır olması ilə nəticələnib.
Kamera önündə cazibədarlığı ilə göz oxşayan Aygün xanımın çox danışılacaq fotosessiyasını sizə təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31