Kamilə Babayeva ana olacaq

Bir neçə gündür ki, ötən il ailə qurmuş tanınmış teleaparıcı Kamilə Babayevanın hamilə olduğu barədə söz-söhbət gəzir. Ona bu sualla müraciət edən Space telekanalının "Plus-minus" verilişinə Babayeva deyib ki, kimin nə işlə məşğul olduğu onu maraqlandırmır və başqalarının da onun həyatına qarışmalarını istəmir."Kimsə ailə quranda, uşaq gözləyəndə sevinmək lazımdır. Əgər insanlar həyatsevər olsalar, başqa şeyləri ağıllarına gətirməsələr, onlara yaşamaq daha asan olar. Pozitiv olun, onda həyatınız da maraqlı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31