Zaur Baxşəliyevlə Günay Qələndərlinin xınayaxdısı...
27 Oktyabr 2012 16:07 MədəniyyətMilli.Az Day.Az-a istinadən bildirir ki, şou-biznes nümayəndələrinin bir çoxundan fərqli olaraq Zaur prestij dalınca qaçmırdı. Bu səbəbdən, onun toyu xüsusi dəbdəbə ilə seçilmirdi. Sadə bir nikah mərasimi oldu, ondan sonra bəylə gəlin rəqs etdilər. Qeyri-adi olan o oldu ki, toy vaxtı xınayaxdı mərasimi keçirildi. Adətən, bu mərasimlər toydan əvvəl qız evində olur.
Xınayaxdını rəqqasə Fatimə aparırdı. O, arada mahnı da oxuyurdu. Xınayaxdı mərasimində Mətanət Əsədova da mahnı oxuyurdu.
Qonaqların sayı da çox idi. Qız və oğlan evi tərəfindən ən azı 300 nəfər qohum gəlmişdi. "Ümid var" verilişinin bütün kollektivi və "Onun yarısı" verilişinin iştirakçıları da toyda idilər. Ulduz qonaqlar da toyda çox idi.
Sevda Yahyayeva, İzzət Bağırov, Manaf Ağayev, Nazənin, Rəqsanə, Telli Borçalı, Aşıq Samirə, Aybəniz Haşımova və Bəsdi Sevdiyeva toyda sadəcə qonaq kimi iştirak etdilər.
Faiq Ağayev, Natavan Həbibi, Elnarə Xəlilova, Aybəniz Haşımova, Bəsdi Sevdiyeva qonaq olmaqla yanaşı, mahnı da ifa etdilər. Ağsaqqallar - Arif Babayev və Habil Əliyev gənclərə yol göstərirdilər.
Toppuş Bacının: "Allah Zaurdakı tüklü əllərdən mənə də qismət etsin", - sözü qonaqları gülməkdən saxlaya bilmədi.
Qonaqlar arasında aktyorlar da var idi: Ramiz Novruzov, Firəngiz Mütəllimova, Amaliya Pənahova, Məleykə Əsədova, Vəfa Rzayeva, Anar Heybətov və digərləri.
Toyun əvvəlində qonaqlar oturmağa yer tapa bilmirdilər. İlk 10-15 dəqiqəni qonaqlar ayaq üstə qaldılar. 400 qonaq əvəzinə toya 600 nəfər gəlmişdi.