Teleaparıcı Zaur Baxşəliyevin toyundan - VIDEO
27 Oktyabr 2012 15:32 MədəniyyətÖlkənin ən reytinqli "ATV maqazin" verilişi çoxlarının görmək istədiyini nümayiş etdirir. Milli.Az xəbər verir ki, ötən günə damğasını vuran məşhur aparıcılar Zaur və Günayın toyundan eksklüziv görüntüləri ilk dəfə "ATV Maqazin" sizə təqdim edəcək. Oktyabrın 27-də saat 23:00-da ATV-nin efirində nümayiş olunacaq proqramda çoxlarının gözlədiyi toydan ən maraqlı kadrlara baxmaq imkanınız olacaq. Yüzlərlə qonağı başlarına cəm edən səbəbkarlar özləri də susmayacaqlar. Eksklüziv açıqlamalar edib, ən xoş günləri haqqında nələri danışacaqlar? "ATV maqazin"də yayımlanacaq süjetlər bununla bütünləşməyəcək: Xalq artisti İlhamə Quliyevaya həkimlər nəyi qadağa etdilər? Hansı məşhur sənətkarımız ölümlə çarpışır? Onun etirafları hər kəsi sarsıdacaq. Daha bir məşhur müğənnimiz boşanır? Onun ailəsinin dağılma səbəbləri "ATV Maqazin"də gizli qalmayacaq. Azərbaycanın əməkdar artistinin bacısı məhkumluq həyatından danışdı. Bakıda müğənni Zarina Məmmədovanın qonağı olmuş türk müğənnisi Ümit Sayının hansı sənətçimizin mahnısına gözü düşdü? Xalq artisti Aygün Kazımova həbsxanada nə ilə üz-üzə gəldi? Kazımova dəmir barmaqlıqlar arasında Türkiyə şou-biznesindən danışdı. Dünyasını dəyişmiş pop-kralı Maykl Cekson Bakıda "peyda" oldu. "ATV Maqazin"də üzə çıxan fakt xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Abbas Bağırovu üz-üzə qoydu. Qalmaqallı "Aləm gözəl" mahnısının müəllifi haqqında "ATV Maqazin" növbəti faktı üzə çıxardı. Bir sözlə, "ATV Maqazin"i izləməyi ikinci plana keçirməməyiniz məsləhətdir. Verilişin təkrarı 28 oktyabr, saat 17:00-da yayımlanacaq. Verilişin yaradıcı heyəti bunlardır: aparıcısı Nərgiz Vahabqızı, redaktoru Günay Firudinqızı, reportyorları Nərgiz Əliyeva, Vüqar Kamiloğlu, montajçısı Rüstəm Firudinoğlu. Xatırladaq ki, "ATV maqazin"in informasiya dəstəyi Milli.Az-a məxsusdur.