Tanınmış azərbaycanlı müğənni gecəni xəstəxanada keçirib?

Yeni ana olan müğənni haqqında şayiələr dolaşır

Milli.Az-a daxil olan məlumata görə, oğul anası olan tanınmış müğənni Nazənin Salayeva haqqında xəbərlər dolaşır. Sənətçinin övladının səhhətində problemlər yaşandığı və son iki gecəni Bakıdakı uşaq klinik xəstəxanalarının birində keçirdiyi deyilir.
Əməkdaşımızla söhbəti zamanı xəbəri kökündən təkzib edən Nazənin xanım bu cür şayiələrin hələ çox yayılacağı proqnozunu verdi: "Bu əziz bayram günlərində nə üçün belə yalanlar yayırlar bilmirəm, amma mən uşağım dünyaya gələndən sonra heç bir xəstəxanaya getməmişəm. Həm də oğlumun şəxsi həkimləri var, özü də bir yox, iki həkim nəzarət edir. Maşallah olsun, sağ-salamatdır. Bilirsiz gördülər ki, mən bəziləri kimi bu xoş hadisəni gizlətmədim, ona görə də başlayırlar söz-söhbət yaymağa. Əllərinə nə çatacaq? Mənə bu maraqlıdır".

Zarafatından da qalmayan müğənni bəzi bədxahlarına ismarıc göndərməyi də unutmadı: "Mənimlə işləri olmasın, ürəklərinin partlamağımı istəməzlər yəqin. İnanın bəzi paxılların acığına gələn il yenə də dünyaya uşaq gətirərəm. Mən heç kimin yanında gözükölgəli deyiləm. Hər kəs gedib öz ailəsi ilə maraqlansın".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31