Nanə Zaurla Günayın toyuna niyə gəlmədi?
27 Oktyabr 2012 08:50 MədəniyyətZaur Baxşəliyevin toyu xəbəri gündəmə gələndən toy gününə kimi sosial şəbəkə və xəbər saytlarında istifadəçiləri maraqlandıran bir sual var idi: Nanə toya gələcəkmi?
1
23:24
Publika.Az xəbər verir ki, bu axşamkı toyda gözlənilən kimi oldu: Nanə Ağamalıyeva toya gəlmədi. Əslində Zaurun ən yaxın və köhnə dostu kimi toyda olması vacib olan şəxslərdən biri olan Nanənin toya niyə gəlməməsi məlum deyil. Amma bir çoxları bu sualın cavabını bəlkə də bilir.
---------
19:05
Milli.Az xəbər verir ki, məclis bu dəqiqələrdə başlayıb. Hələ ki zala daxil olmayan Zaur və Günay 1 saatdır ki avtomobildə gözləyirlər.
Toyda əsas aparıcılıq missiyasını tanınmış teleaparıcı Afaq Gəncəli ilə Zaurun "Ümid var" verilişinin prodüseri Faiq Ələkbərli öz üzərinə götürüblər.
---------
01:30
Milli.Az xəbər verir ki, oktyabrın 26-da Azərbaycanın tanınmış teleaparıcısı Zaur Baxşəliyev özünə toy edir. Toya günlər qalmış əldə etdiyimiz əksər məlumatları sizə təqdim etmişik.
Toy günü daha bir təsdiqlənmiş məlumat əldə etdik.
Sevib-seçdiyi həmkarı Günay Qələndərli ilə evlənən Zaur toyunun mediada işıqlandırılmasını əngəlləmək üçün maraqlı çıxış yolu tapıb.
Restoran bütünlüklə mühafizəçilərlə qorunacaq və qonaqlar içəri girməkdən ötrü mütləq şəkildə dəvətnaməni göstərməlidirlər. Nağıllardakı kimi, qadağalardan bol olacaq bu xoş günə quş-quşluğu ilə icazəsiz şahid ola bilməyəcək