Teleaparıcı Nanə Ağamalıyeva məşhur türk serialının qəhrəmanı ilə birlikdə

“Öyle bir geçer zaman ki” serialında Karolin obrazını canlandıran aktrisa ilə teleaparıcımızı nə birləşdirir?

Milli.Az-ın məlumatına görə, Azad Azərbaycan telekanalının tanınmış siması Nanə Ağamalıyeva Türkiyənin ən baxımlı seriallarından biri olan "Öyle bir geçer zaman ki"də Karolin obrazını canlandıran aktrisa Vilma Elleslə şəkillərini Facebook sosial şəbəkəsindəki profilində yayımlayıb.Şəkillərin bir neçə dəqiqə bundan öncə çəkildiyini vurğulayan Nanə əslən alman olan aktrisa ilə maraqlı sürpriz hazırladığını da yazır. Amma bu şəkillərin harada və nə məqsədlə çəkildiyini sirr saxlayır.Görünür, illər öncə Türkiyənin Kanal D telekanalında ATV üçün veriliş hazırlayan bacarıqlı, fərqli ideyalarla zəngin olan Ağamalıyeva Türkiyə maqazin dünyası ilə əlaqələrini, hələ də, davam etdirir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31