Dörd aylıq körpəsini efirlərdən gizlədən azərbaycanlı sənətçi kimdir?

Hər həftə maraqlı qonaqları ilə tamaşaçıları ekran başına yığan “Rəngarəng” verilişinin növbəti siması Aşıq Əli oldu.

Milli.Az-ın məlumatına görə, rejissor Aynurə Tahirqızı və aparıcı Zaur Nəbioğlunun birgə ərsəyə gətirdiyi verilişdə olduqca maraqlı anlar yaşandı.Əlinin yeni dünyaya gəlmiş körpəsini ilk dəfə məhz "Rəngarəng"də görəcəksiniz. Aşıq Əli ata olmasını ilk dəfə bu verilişdə açıqladı.Bununla yanaşı, aşıq haqda bir çox məşhur insanlar fikir bildiriblər. Onların sırasında Milli Məclisin üzvü Ceyhun Osmanlını qeyd etmək yerinə düşər. Görəsən, deputatla aşığı nə birləşdirir?Tanınmış xanəndə Elnarə Abdullayeva və əməkdar artist Abbas Bağırov da fərqli açıqlamaları ilə diqqət cəlb etdilər.Qobustanda aparılan çəkilişdə daha nələrin baş verdiyini görmək istəyirsinizsə, bu gün saat 21:00-da Lider TV-ə baxa bilərsiniz. Verilişin təkrarı şənbə günü, saat 14:30-da yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31