Azərbaycanda ailə konserti

Xalq artisti qardaş və bacısı uşaqları ilə səhnəyə çıxacaq

Xalq Artisti, tanınmış muğam ifaçısı Mələkxanım Əyyubova solo konsertinə hazırlaşır. "Qafqazinfo" xəbər verir ki, xanəndə oktyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək "Göydən enmiş bir mələk" adlı konserti üçün məşqlərə başlayıb.Müğənni səhnəyə bacısı və qardaşı uşaqları - müğənni Vüsal, Mirkamil və Ramal ilə çıxacaq.Konsertdə muğamlarla yanaşı, xalq mahnıları və eləcə də bəstəkar mahnıları səsləndiriləcək. Səhnənin dizaynından başlamış konsertin təqdimatına kimi fərqli və maraqlı olacaq. Xanım xanəndəni Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı və xalq artistləri tarzən Möhlət Müslümov və kamança ifaçısı Fəxrəddin Dadaşovun iştirakı ilə "Cabbar Qaryağdıoğlu" adına muğam üçlüyü müşayiət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31