Bu gün tanınmış teleaparıcı Zaur Baxşəliyevin qadağalı toyudur - FOTO

Restorana giriş necə olacaq?

Milli.Az xəbər verir ki, oktyabrın 26-da Azərbaycanın tanınmış teleaparıcısı Zaur Baxşəliyev özünə toy edir. Toya günlər qalmış əldə etdiyimiz əksər məlumatları sizə təqdim etmişik.Toy günü daha bir təsdiqlənmiş məlumat əldə etdik.Sevib-seçdiyi həmkarı Günay Qələndərli ilə evlənən Zaur toyunun mediada işıqlandırılmasını əngəlləmək üçün maraqlı çıxış yolu tapıb.Restoran bütünlüklə mühafizəçilərlə qorunacaq və qonaqlar içəri girməkdən ötrü mütləq şəkildə dəvətnaməni göstərməlidirlər. Nağıllardakı kimi, qadağalardan bol olacaq bu xoş günə quş-quşluğu ilə icazəsiz şahid ola bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31