Filip Kirkorov Bakıya gəlməyəcək
24 Oktyabr 2012 19:28 MədəniyyətBakıda konsert proqramı ilə çıxış etməsi gözlənilən Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun konserti təxirə salınıb. Lent.az-ın məlumatına görə, müğənninin noyabrın 8-də "Bakı kristal Zalı" da keçirilməsi nəzərdə tutulan solo konserti təxirə düşüb. Konsertin təşkilatçıları bunun səbəbini texniki problemlərlə əlaqələndiriblər. Bildirilib ki, konsert üçün satılan biletlərin geri qaytarılması mümkündür.
Qeyd edək ki, müğənninin konsertinin Heydər Əliyev sarayında keçirilməsi nəzərdə tutulsa da, sonradan ləğv edilərək, "Bakı Kristal Zalı"nda keçirilməsi planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31