Azərbaycanlı müğənni toya hazırlaşır
24 Oktyabr 2012 12:17 MədəniyyətRəqsanə toy hazırlığı haqqında danışıb. Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, müğənni ATV telekanalının "10lar" proqramına bildirib ki, artıq bahalı toy paltarı seçib. Onun sözlərinə görə, paltar o qədər gözəldir ki, ona baxanda adamın dili tutulur. "Mənim sevgilim Moskvada yaşayır, bu səbəbdən oraya tez-tez gedirəm. Uzun müddət ondan ayrı qala bilmirəm. O heç vaxt evli olmayıb, məndən 13 yaş böyükdür. Tezliklə toyumuz olacaq, KİV nümayəndələrini də çağıracam ki, toyumuzu işıqlandırsınlar. Paltar artıq hazırdır, indi yer seçmək lazımdır. Dəbdəbəli toy istəmirəm, orada cəmi 30-40 nəfər iştirak edəcək", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31