Uil Smitin qızı: "Hamıdan zəhləm gedir"
24 Oktyabr 2012 20:08 Mədəniyyət11 yaşlı Villou qeyri-adi geyim formasına ictimaiyyət arasına çıxıb. Məşhur aktyor Uil Smitin 11 yaşlı qızı depressiya qığılcımları müşahidə olunur. Valideynlərinin varlı və tanınmış insanlar olması, 9 yaşından bəri uğurlu müğənni karyerasına başlaması və artıq məşhurlaşmasına baxmayaraq, Villou kənardan bədbin fikirlərə qərq olmuş insan kimi gözə dəyib. Mətbuatın diqqətini çəkən isə onun Los Ancelesdə qeyri adi geyim formasında peyda olması olub. Villou kambinzon cinsin üstündən olduqca yöndəmsiz və bədəninə uyğun ölçüdə olmayan gödəkcə geyinib. Gödəkçənin arxasında isə göz qamaşdıran ağ hərflərlə "Hamıdan zəhləm gedir" yazısı yer alır. Şəkillərdə yeniyetmənin üz cizgiləri onun dırnaq arası "fəhlə" qiyafəsindən heç də geri qalmır. Belə ki, Uillou kifayət qədər qəmgin və fikirli görünür.