Nisə Qasımova ANS-i məhkəməyə verir-“Mənim qərarım qətiləşdi”

"Mən Maisə cavab verməliyəm. O, çox yaxşı tanıyır bizi. Bilir ki, mənim ailəm və mən necə insanlarıq. Mənim Maisə sonsuz hörmətim var. Mən ANS-də işlədiyim müddətdə nəsə bir hadisə baş verirdirsə, gedirdim Maisin yanına o, məni sakitləşdirdi, nələrisə izah edirdi. İndi gör nə deyib?"
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında xalq artisti Nisə Qasımova bildirib. Xalq artisti oğlunun ANS telekanalı tərəfindən təhqir olunduğunu iddia etməsi və buna görə televiziyanın üzr istəməsini tələb etməsinin ardından şirkətin media müşaviri Mais Məmmədovun verdiyi reaksiyasından şoka düşdüyünü açıqlaqyıb. Onun sözlərinə görə, M. Məmmədovun bu açıqlaması məhkəmə qərarını daha dəqiqləşdirib: "Mənim qərarım qətiləşdi. Mən ANS-i məhkəməyə verəcəyəm" .Xalq artisti bu gün ANS telekanalından ona zəng də gəldiyini deyib: " Bu gün mənə ANS-də zəng gəldi və dedilər ki, biz çox üzüldük, o verilişlə bağlı cəzalar olacaq. Həmin veriliş yayımlanan zaman təkzib də edəcəklər. Mən isə dedim ki, şəxsən məndən üzr istənilməlidir" . 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31