Onlar bacıdırlar?
"Üç bacı" iddialı gəlir...
23 Oktyabr 2012 20:33 MədəniyyətMilli.Az xəbər verir ki, bu yaxınlarda Space TV-nin efirində yeni serialın yayımı başlanacaq. 3 məşhur sima, 3 aktrisa, 3 aparıcı- əməkdar artist Dilarə Əliyeva, Toppuş bacı kimi qəbul edilən əməkdar artist Tünzalə Əliyeva və Keyxanım obrazı ilə sevilən aktrisa Ülviyyə Əliyevanın rol aldığı "Üç bacı" serialı komediya janrındadır.
Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. "Üç bacı"dan başqa serialda məşhur simalar: aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, xalq atristi Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova və türkiyəli vətəndaş Hakan Ərsan rol alıblar.
Serialın ssenari müəllifi, "Yalan-Doğru" verilişinin aparıcısı kimi tanıdığınız Vüqar Hüseynovdur. Qeyd edək ki, serialda ssenari müəllifi özü də çəkilir.
"Üç bacı"nın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir. Serial "SOY production"un layihəsidir. Serialın quruluşçu operatoru Aydin Şirinsifətdir. Serialın təqdimatı üçün hazırlanan fotosessiya isə məşhur fotoqraf Zaur Zamanın əl işidir. Quruluşçu rəssam isə Emil Mirzəyevdir.