Sevgilisi ilə öpüşərkən tutuldu
23 Oktyabr 2012 16:25 Mədəniyyət"Möhtəşəm Yüz il"in Gül Ağası ilə (Engin Günaydın) Nigar Kalfası (Filiz Ahmet) Taksimdə barda bərabər olublar. Belə ki, onların barda öpüşdükləri deyilir.
"Qafqazinfo"nun məlumatına görə, ötən sezon "Möhtəşəm Yüz il" harem ağası olan Gül Ağa ilə Nigarın öpüşməsi bir həftədir ki, Türkiyədə maqazin aləminin əsas müzakirəsinə çevrilib. Həmin gecə dostları ilə bara gələn Engin və Filiz onlardan ayrılaraq bardakı küncə çəkilərək öpüşdükləri artıq bütün aləmin dilindədir..
Dost olduqlarını həmişə mediaya deyən cütlüyün bu addımı münasibətlərində xeyli irəliləyişin olduğuna bir sübut kimi də göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31