Azərbaycanın əməkdar artisti oğluna toy etdi

Toyda tanınmış kişi müğənnilərimiz çoxluq təşkil ediblər.
Milli.Az-a daxil olan məlumata görə, Azərbaycanın əməkdar artisti İlqar Muradov oğlunun istəyi ilə adətə uyğun olaraq ötən gün kişi toyu edib.
Məclisdə xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Eyyub Yaqubov, müğənnilər Elton Hüseynəliyev, Ayaz Qasımov olmaqla İ.Muradovun əksər dostları iştirak ediblər.Onu da öyrəndik ki, əsas toy noyabrın 8-də paytaxt restoranlarının birində keçiriləcək. Milli.Az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycanın əməkdar artisti İlqar Muradov paytaxt restoranlarının birində ortancıl oğlu Zumrada toy edir. Sevdiyi xanımla ailə quran müğənni oğlunun toyunun media mənsubları tərəfindən işıqlandırılmasına qadağa qoyulub. İ.Muradov bunu qonaqlarının məclisdə rahat iştirak etməsi naminə etdiyini söyləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31