"Röya, getmə"

Ulduzun pərəstişkarları bu şüarı oktyabrın 25-də səsləndirəcəklər

Milli.Az olaraq xəbər vermişdik ki, Azərbaycanı tərk etməyi qarşısına məqsəd qoyan tanınmış estrada müğənnisi Röya Ayxanı sevən bir qrup fanatı yaşadığı evin qarşısına toplanıb, onu fikrindən döndərmək üçün görüş keçirmək istəyirlər.Əldə etdiyimiz məlumata görə, ötən həftə keçirilməsi nəzərdə tutulan xoşməramlı aksiya iki gün sonra baş tutacaq.Fanatlardan birinin dediyinə görə həmin gün Röyanın oğlunun 3 yaşı tamam olur.Onlar da bu əlamətdar günə biganə qalmayaraq, kumirlərinin evinə axın edib "Röya, getmə!" şüarlarını səsləndirməklə onunla birgə olduqlarını nümayiş etdirəcəklər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31