Şou-biznes əhli vergidən niyə qaçır? VIDEO
23 Oktyabr 2012 10:16 MədəniyyətAzərbaycanda muğənnilər və musiqiçilər vergi ödəməkdən yayınır. Statistika Komitəsinin məlumatına görə, hazırda paytaxt üzrə 200-ə yaxın musiqiçi vergi ödəyicisi kimi qeydiyyatdadır.Lakin onların əksəriyyətinin real qazancları ilə ödədədikləri uyğun deyil. İqtisadçı-ekspert Nazim Məmmədov deyir ki, vergidən yayınma hallarının qarşısını almaq üçün sərt cərimələr tətbiq olunmalıdır. İqtisadçının sözlərinə görə, musiqiçilər qanunvericilikdə olan boşluqlardan sui-istifadə edərək, gəlirlərini bəyan etməkdən yayınır. Vergi orqanlarına yalnız əldə etdikləri məbləğin çox cüzi bir hissəsi barədə bəyannamələr verirlər.Qeyd edək ki, ölkədə 170-ə yaxın xalq artisti, 1700-ə qədər əməkdar artist var. Rəsmi qaydada bu adlara görə, xalq artisti 50 manat, əməkdar artist isə 30 manat alır. Lakin bu, həmin şəxslərin əlavə gəlirləri ilə müqayisədə çox azdır.
Vergilər Nazirliyinin rəsmisi Akif Musayev isə deyir ki, musiqiçilərin gəlirləri stabil olmadığından onların vergiyə cəlb edilməsi prosedurları da bir qədər fərqlidir: "Əgər vergi ödəyicisinin dövriyyəsi müəyyən olunmuş həddi aşırsa, o bu vergilərin hamısını ödəyir. Digər halda isə sadələşdirilmiş qaydada Bakı şəhəri üzrə 4 faiz, regionlar üzrə 2 faiz vergi ödəyirlər".Rəsmi rəqəmlərə görə, il ərzində ölkədə 78 000-dən çox yeni nigah bağlanılır. Adət-ənənəyə uyğun olaraq toy mərasimləri təşkil olunur və bu toylarda da musiqiçilərin iştirakı vacib hesab edilir. Mütəxəssislərin fikrincə, mərasimə dəvət olunan musiqiçilərin xidmət qiymətlərinin 500 manatdan-16 000 manatadək dəyişdiyini nəzərə alsaq, onların kifayət qədər məbləğdə olan vəsaiti büdcəyə ödəməsi tələb olunur.ans