Azərbaycanlı teleaparıcı ikinci dəfə toy etdi

Murad və Ülviyyə Əzimzadələr adətə uyğun olaraq Nizami Gəncəvi məqbərəsini ziyarət ediblər.Milli.Az olaraq xəbər vermişdik ki, Lider TV-nin tanınmış simalarından olan Murad Əzimzadə doğulub boya-başa çatdığı Gəncə şəhərində ikinci dəfə toy edəcək.
Məlumunuz olsun ki, bu xoş gün 3 gün öncə baş tutub.Həyat yoldaşı, aparıcı Ülviyyə xanımla birlikdə bəy-gəlin geyimində qonaqlar qarşısına çıxan mehriban ailənin ikinci toylarını idarə etmək yenə də tanınmış teleaparıcı, şoumen-müğənni Zabir Əliyevin payına düşüb.Toy Gəncədəki şadlıq saraylarının birində baş tutub. Və əsas sənətçi qismində müğənni Ozan sevilən mahnılarını ifa edib.Murad və Ülviyyə Əzimzadələr restorana getməmişdən öncə adətə uyğun olaraq Nizami Gəncəvi məqbərəsini ziyarət ediblər. Təqdim etdiyimiz fotolar da həmin vaxt çəkilib.Qeyd edək ki, əsas toyu oktyabrın 10-da Bakıda edən Murad valideynlərinin israrı ilə ikinci dəfə bəylik kostyumu geyinib.
Mehriban ailə üzvləri bu səfərlərini həm də bal ayı kimi qiymətləndirirlər. Yetərincə istirahət edən teleaparıcılar bu həftədən etibarən yenidən işə başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31