Telli Borçalı Namiqin cavabını verdi
22 Oktyabr 2012 16:30 Mədəniyyət"Qoy işlərimi bitirim, Namiqlə özüm məşğul olaram". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Telli Borçalı həmkarı Namiqin onun haqqında söylədiyi "Tellini heç vaxt sevməmişəm, məndən 13 yaş böyükdür" fikirlərinə münasibət bildirərkən deyib.
Telli Borçalı Namiqin bu hərəkətinə qəzəblənərək onun barəsində xoşagəlməz ifadələr işlədib: "O, aşıq sənətini heç bacarmır. Namiq bizim sənətimizə bir ləkədir".
Telli Namiqi belə buraxmayacağını, onun cavabını verəcəyini də qeyd edib: "Mənim indi başım qarşıqdır. Qoy işlərimi bitirim Namiqlə özüm məşğul olaram. Onun sənəti yoxdur. Bilmir necə özünü reklam etsin? Mənim adımla özün reklam edir. Mən ondan çox danışsam, onu reklam etmiş olaram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31