Teymur Əmrah evlənir?
22 Oktyabr 2012 20:22 MədəniyyətMüğənni Teymur Əmrah etiraf edib ki, subaylığın daşını atmaq niyyətindədir, lakin indiyə qədər özünə həyat yoldaşı tapa bilmir.
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, müğənni evlənməyi barədə yayılmış şayiələrə münasibət bildirərkən deyib.
"Tezliklə 50 yaşım olacaq. Övlad sahibi olmağı arzulayıram. İstəyirəm ki, o, hər gün evdə qaçsın. Təəssüf ki, seçim etməkdə çətinlik çəkirəm. Müğənni olduğum üçün çoxu məni aldadır. Kiməsə inanmaq çətindir. Əsas odur ki, məni başa düşsün və şikayət etməsin", - müğənni yerli telekanallardan birinə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31