Azərbaycanın xalq artisti Facebook-da şikayət etdi
“Heç olmasa, gözdən düşməzdin, heyf...”
22 Oktyabr 2012 20:21 MədəniyyətMilli.Az-ın məlumatına görə, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayev sosial şəbəkələrdə, xüsusilə Facebook-da anonim niklərlə qeydiyyatdan keçən istifadəçilərdən şikayətçidir.100 % F.A profilində status yazıb, öz narazılığını belə ifadə edib: "Sovet vaxtından "anonimka" yazanlara nifrət edirəm. Cəsarətsiz, üzbəsurət ittiham söyləməkdən qorxan, aciz insanların hərəkətidir bu.Düşünürdüm ki, anaxronizmdir artıq. Amma yox. Yeni forması çıxıb - Facebook statusunda konkret ünvan göstərilmədən "söz atmaq" halına gəlib."İnbox"dakı açıq suallardan qaçaraq düşüb, ümumiləşdirilmiş "etiraf" arxasında "sığınacaq" tapmaqdansa, yazmayaydın da onu.Heç olmasa, gözdən düşməzdin. Heyf...Nəticə: ürəkdən "-1 nəfər"".